Terens Krouford meksikalı rəqibi Saul Alvaresi məğlub edərək super orta çəkidə çempion olub.
Offsideplus.az xəbər verir ki, 70 mindən çox adamın canlı izlədiyi döyüş Las Veqasda baş tutub.
Amerikalı döyüşçü hakimlərin yekdil qərarı ilə qələbə qazanıb - 116-112, 115-113 və 115-113.
37 yaşlı boksçu 42-ci döyüşündə 42-ci qələbəsini qazanıb.
O, dörd kəmər dövründə üç çəki dərəcəsində mübahisəsiz çempion olan ilk kişi boksçu olub.
Qeyd edək ki, görüş "Netflix" tərəfindən də canlı yayımlanıb.