sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bu gün keçiriləcək iki oyunla Misli Premyer liqasında IV tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşmasında iki bölgə klubu üz-üzə gələcək.
"Şamaxı" "doğma divarlar" arasında "Karvan-Yevlax"ı qonaq edir. Aktivində 2 xal olan "şirlər" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıbsa, elitanın debütantı 4 xalla 7-ci yerdədir.
Qeyd edək ki, oyunun start fiti saat 16:30-da səslənəcək.
Misli Premyer liqası
I dövrə, IV tur
16:30. "Şamaxı" - "Karvan-Yevlax"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Akif Əmirəli, Əkbər ƏhmədovVAR: Nicat İsmayıllıAVAR: Kamran ƏliyevHakim-inspektor: Vüsal ƏliyevAFFA nümayəndəsi: Anar ŞıxəliyevŞamaxı. Şəhər stadionu.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.