RU

Londonda qeyri-qanuni miqrasiyaya qarşı aksiya -ETİRAZÇILARLA POLİS ARASINDA QARŞIDURMA YAŞANDI

Londonda qeyri-qanuni miqrasiyaya qarşı keçirilən "Krallığı birləşdirin" adlı aksiyada iştirak edən on minlərlə etirazçı polislə toqquşub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, iğtişaşlar Londonun mərkəzində başlayıb.

 

"İzdiham iki etirazı ayırmaq üçün Uaytholda yaradılmış neytral zonaya daxil olmağa cəhd edib. Polis əməkdaşlarına müxtəlif əşyalar atılıb, buna qarşılıq olaraq onlar güc tətbiq etməyə məcbur olublar", - məlumatda bildirilir.

 

Qeyd edək ki, nümayiş sağçı "İngilis Müdafiə Liqası" təşkilatının yaradıcısı, tanınmış fəal və miqrantların əleyhdarı Tommi Robinsonun təşkilatçılığı ilə keçirilir.

 

Məlumata görə, aksiya iştirakçılarının sayı artıq 110 minə çatıb. Günortaya yaxın onlar Temza çayının cənubunda toplanıblar və daha sonra Britaniya Parlamentinin yerləşdiyi Vestminster Sarayına doğru yürüşə başlayıblar.

 

Etirazçılar Böyük Britaniyanın Baş naziri Kir Starmerə qarşı şüarlar səsləndiriblər. 

 

Londonda asayişi qorumaq üçün 1600-dən çox zabit yerləşdirilib.

 

“İnqilab başladı! Onlar bizə irqçi, islamofob, ifrat sağçı kimi damğalar vuraraq bizi susmağa məcbur edirdilər. Bu artıq işə yarımır. Səssiz çoxluq artıq susmayacaq. Bizim arvadlarımız, qızlarımız küçəyə çıxmaqdan qorxurlar”, - Robinson mitinqdə çıxış edərkən bildirib.

 

Tommi Robinson hökumətin əhalinin təhlükəsizliyini təmin etmədiyini iddia edib.

Избранный
34
senzor.az

1Источники