RU

Rusiya bütün cəbhə boyu HÜCUMA KEÇDİ - FOTOLAR

Sentyabrın 12-13-də Rusiya ordusu Kupyansk və Limandan başlayaraq Donetsk, Pokrovsk və Zaporojyeyə qədər bir sıra istiqamətlərdə hücum əməliyyatlarını davam etdirib. Ruslar FPV tipli pilotsuz uçuş aparatları və sürüşmə bombalarından geniş istifadə ediblər.

Musavat.com xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya qüvvələri Sumı vilayətində Bessalovka, Kondratyevka və Andreyevkanı ələ keçirdiklərini iddia edib. Lakin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general Aleksandr Sırski dövlət başçısı Volodimir Zelenskiyə məlumatında bildirib ki, Ukrayna ordusu düşmənin bütün hücumlarını “tamamilə pozub”. Onun sözlərinə görə, Sumı istiqamətində vuruşan rus bölmələri dözülməz itkilər verib və hücum qabiliyyətini itirib.

ISW-nin məlumatına görə, Qara Dəniz Donanmasının tərkibindəki 810-cu Əlahiddə Dəniz Piyadaları Briqadası Sumı cəbhəsində qalan sonuncu dənizçilərdir və hazırda briqadanın hissələri müxtəlif istiqamətlərə səpələnib.

Xarkov və Kupyansk istiqamətləri

Rus ordusu Sinelnıkovedən qərbə, Slobojanske və Vovçansk istiqamətlərində hücum edib. Ukrayna qoşunları Vovçya çayı yaxınlığında əks-hücum həyata keçirib. Sentyabrın 13-də rusların Velıkıy Burluk istiqamətindəki hücumları uğursuz alınıb.

Kupyansk ətrafında – Doroşovka, Qolubovka, Kutkovka, Fiqolovka, Petropavlovka və Pesçanoe bölgələrində də irəliləyiş qeydə alınmayıb.

Liman və Seversk

Liman istiqamətində Şandriqolovo, Novoselovka, Stavki, Kolodyazı və Yampol yaxınlığında döyüşlər davam edib. Ukrayna ordusu Kolodyazı yaxınlığında əks-hücuma keçib.

Seversk istiqamətində də rus ordusu şimal, cənub və şərq tərəfdən irəliləməyə çalışsa da, nəticə əldə edə bilməyib.

Donetsk və ətrafı

Konstantinovka, Dobropol və Pokrovsk istiqamətlərində şiddətli döyüşlər baş verib. Rus ordusu KAB-250 tipli bombalardan və PUA-lardan istifadə etsələr də, ciddi nəticə əldə etməyiblər.

Novopavlovka və Velikomikhailovka bölgələrində də rus qüvvələri irəliləməyə cəhd edib. Lakin itkilər verdikdən sonra taktikanı dəyişərək daha çox gecə vaxtı 2-3 nəfərlik kiçik qruplarla hücum etməyə üstünlük veriblər.

Zaporojye və Xerson

Zaporojye istiqamətində Orexovo, Novodanilovka, Malaya Tokmaçka və Stepnoqorsk ətrafında döyüşlər gedib. Ukrayna qüvvələri Plavni bölgəsində əks-hücum həyata keçirib.

Xerson cəbhəsində isə rus ordusu “Molniya” tipli PUA-lardan istifadə edərək şəhəri intensiv atəşə tutub.

 

Musavat.com

Избранный
31
musavat.com

1Источники