RU

Keçmiş prezidentin ailəsi zorla evindən çıxarılır

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin ailəsi Koi-Taş kəndindəki evindən zorla çıxarılır.

Paralel.az xəbər verir ki, bu barədə keçmiş dövlət başçısının qızı Aliyə Şaqiyeva "Instagram" sosial şəbəkəsində məlumat verib.

"Bir neçə onlarla şəxs gəldi — bir qismi milis formasında, digərləri isə mülki geyimdə idi və güc tətbiq edərək qapını açdılar. Heç bir sənəd təqdim etmədilər", - o deyib.

Şaqiyevanın sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onun köməkçisini vurub, sonra isə onu polis bölməsinə aparıblar. Atambayevin partiya yoldaşı Kadır Ermek də saxlanılıb.

Qırğızıstanın Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Agentliyi dəqiqləşdirib ki, respublikanın keçmiş prezidentinin evi dövlət torpaq sahəsində tikildiyi üçün dövlət mülkiyyətinə keçir. Agentliyin məlumatına görə, torpaq qanunsuz olaraq Atambayevin mülkiyyəti kimi qeydə alınıb. Torpaq sahəsində qocalar evinin tikilməsi nəzərdə tutulub.

İyunun 3-də Bişkek şəhərinin Pervomayski Rayon Məhkəməsi Almazbek Atambayevi 2019-cu ildə Koy-Taş kəndində baş vermiş hadisələrlə bağlı 11 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Həmin vaxt Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin “Alfa” xüsusi təyinatlı dəstəsi Atambayevi güc tətbiq etməklə saxlamağa cəhd göstərmişdi. Bu cəhd isə keçmiş prezidentin tərəfdarları ilə ciddi toqquşmalara səbəb olmuşdu.

Избранный
47
4
paralel.az

10Источники