RU

Türkiyədə zəlzələyə davamlı muzey inşa ediləcək: 100 minə yaxın eksponat təhlükəsiz yerə daşınıb

ain.az, Oxu.az saytına istinadən bildirir.

Türkiyənin ən böyük muzeylərindən biri olan Antalya Arxeologiya Muzeyinin 100 minə yaxın eksponatı xüsusi nəzarət altında təhlükəsiz yerə köçürülüb.

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy məlumat verib.

"Artefaktlarımız ciddi təhlükəsizlik tədbirləri həyata keçirilməklə, xüsusi havalandırma sistemi olan ünvana yerləşdirilib. Müasir və zəlzələyə davamlı muzey binamız inşa ediləndən sonra eksponatlar oraya yerləşdiriləcək. Yeni muzey binasının qapalı sahəsi 19 500 kv.m, açıq sahə isə 22 677 kv.m təşkil edəcək. Muzeydə sərgi salonlarının sayı artırılacaq və hazırda anbarda olan artefaktlar ziyarətçilərin diqqətinə təqdim olunacaq" - deyə Mehmet Nuri Ersoy vurğulayıb.

Depreme dayanıklı, zamanın koşullarına uygun, modern müzecilik anlayışıyla hayata geçireceğimiz yeni müze projesi için Antalya Arkeoloji Müzesi’ndeki 100 bine yakın eseri, uzman ekiplerimizce güvenle taşıdık.Herakles Lahdi ve Yorgun Herakles heykelinin de aralarında bulunduğu… pic.twitter.com/4AKipEOKca

— Mehmet Nuri Ersoy (@MehmetNuriErsoy) September 13, 2025

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
oxu.az

1Источники