RU

Alimlərdən yeni ARAŞDIRMA: Pivə içənlər ağcaqanadları daha çox cəlb edirlər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Niyə bəzi insanları ağcaqanadlar nadir hallarda sancır, digərlərinə isə hücum edirlər?
Oxu.Az Pravda.ru-ya istinadən xəbər verir ki, Niderland alimləri bunun səbəblərini yoxlamaq qərarına gəliblər və maraqlı nəticələr əldə ediblər.
Radboud Universitetinin mütəxəssisləri böyük bir musiqi festivalı zamanı birbaşa araşdırma aparıblar. Bunun üçün onlar mobil pavilyon quraşdırıb və yüzlərlə könüllü dəvət ediblər.
İştirakçılar əvvəlcə öz yaşayış tərzi, qidalanma və gigiyena adətləri haqqında məlumat veriblər. Sonra hər biri ağcaqanadlar olan qurğuya əlini yerləşdirib. Həşəratlar insanları sanca bilməsələr də, kameralar dəri qoxusuna onların reaksiyasını qeydə alıblar.
Məlum olub ki, pivə içənlərə ağcaqanadlar 35% daha fəal reaksiya verirlər.
Beləliklə, müəyyən olunub ki, hətta bir stəkan spirtli içki də ağcaqanadların insana marağını əhəmiyyətli dərəcədə artırır.
Избранный
77
5
oxu.az

6Источники