Lənkəranda qeyri-sabit hava şəraiti səbəbindən şəhərin bir çox hissəsində elektrik enerjisinin verilişində problem yaşanıb.
Yağan güclü leysan yağışları elektrik təsərrüfatını sıradan çıxarıb.
Belə ki, şəhərin ən böyük yaşayış massivləri olan 1-ci və 2-ci mikrorayon, eləcə də Raypo və "Su-8" yaşayış massivi işıqsız qalıb.
Məlumata görə, ərazini elektrik enerjisi ilə təmin edən transformatorlarda qısaqapanma baş verib. Hazırda qəzaların aradan qaldırılması istiqamətində tədbirlər görülür.
"Report"