"Turan Tovuz" Premyer Liqada növbəti qələbəsini qazanıb.
Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi IV turda "Qəbələ" ilə üz-üzə gəlib.
Qarşılaşma Tovuz klubunun qələbəsi ilə yekunlaşıb.
55-ci dəqiqədə Aleks Souza fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran "Turan Tovuz" ikinci pillədə qərarlaşıb. Qəbələ təmsilçisi 1 xalla on birinci sıradadır.
"Turan Tovuz" - "Qəbələ (1:0