RU

Ərdoğan: “Bölgəmizdə sərhədlərin qanla yenidən çəkilməsinə imkan verməyəcəyik”

Bölgəmizdə sərhədlərin qanla yenidən çəkildiyi bir vaxtda "böl, parçala, idarə et" oyunun yenidən səhnələşdirilməsinə imkan verməyəcəyik.

Operativ Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün "X" hesabında yazıb.

"Vəd edilmiş torpaq" iddiası ilə fəaliyyət göstərənlər bunu qəbul etsə də, etməsə də, bölgəmizin gələcəyində terrora, terror yolu ilə ekspansiyaya yer yoxdur, inşallah, olmayacaq da. Bizim həm qardaşlığımız, həm də çoxəsrlik təcrübəmiz istənilən planın qarşısını almaq və istənilən problemi aradan qaldırmaq gücünə malikdir. Türklər, kürdlər, ərəblər olaraq min ildir yan-yana yaşadığımız kimi, yenə həmrəy olmağa, eyni səma altında qardaş kimi yaşamağa davam edəcəyik", - o bildirib.

Избранный
10
7
operativmedia.az

10Источники