RU

Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi?

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiya dronu Rumıniyanın hava məkanını pozdu və Rumıniya Hərbi Hava Qüvvələri tərəfindən (F-16 qırıcısı ilə) vuruldu. Məntiqli sual yaranır: Putinin belə risklərə getməsinə, NATO-nu təxribata çəkməsinə nə ehtiyac var?

Axar.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib.

O bildirib ki, cavab hərbi deyil, siyasi-psixoloji müstəvidədir:

“Moskva bu kimi insidentləri Ukraynanın müttəfiqlərinə təzyiq vasitəsi kimi istifadə edir, qorxu, şübhə və parçalanma toxumları səpməyə çalışır.

Putinin əsas məqsədi bu gün Ukraynaya dəstəkdə mühüm rol oynayan ölkələri qorxutmaqdır. Bu günə söhbət Polşa və Rumıniyadan gedir. Hər iki ölkə silah və texnika tədarükündə həlledici logistika arteriyalarına çevrilib, Ukrayna ordusunun fəaliyyətini təmin edir. Rumıniya göz önündə NATO-nun şərq cinahında böyük hərbi mərkəzə çevrilir. Məhz buna görə də o, Rusiyanın siyasi və hərbi təxribatlarının hədəfinə çevrilib.

Putin üçün bu addımların məqsədi güc nümayişi yox, Qərbin birliyini və qətiyyətini sınağa çəkməkdir. O, göstərmək istəyir ki, NATO-nun hava sərhədlərini poza və cəzasız qala bilər, ümid edir ki, alyansın reaksiyası zəif və qərarsız olacaq. Əgər Buxarestdə və ya Varşavada NATO-nun 5-ci maddəsinin tam etibarlılığına dair şübhələr yaranarsa, bu, artıq Moskvanın qələbəsi deməkdir.

Bundan başqa, Kreml ABŞ-dakı daxili siyasi vəziyyətdən də istifadə edir. Putin Donald Trampın siyasi impotensiyasına güvənir. Tramp dəfələrlə NATO-nun dəyərini sual altına alıb və alyansa skeptik yanaşıb. Moskva bu şəraitdən yararlanaraq müttəfiqlər arasında etimadsızlıq toxumları səpməyə, Qərb blokunda parçalanma yaratmağa və əsas logistika ölkələrini kollektiv təhlükəsizliyə şübhə ilə yanaşmağa vadar etməyə çalışır.

Beləliklə, Rumıniyanın hava məkanının pozulması təsadüfi hadisə və ya səhv deyil. Bu, Qərbin birliyini msınamaq üçün diqqətlə hesablanmış addımdır. Putin anlayır ki, hərbi yolla Ukraynaya dəstəyi sındıra bilməz, ona görə də psixoloji təzyiq və təxribat taktikasını seçir. O ümid edir ki, bir gün NATO daxilində şübhə toxumları həmrəyliyi üstələyəcək.

Daha bir maraqlı məqam ondadır ki, Rusiya dronunun Rumıniya hava məkanına daxil olması Trampın "bu mənim yox, Bayden və Zelenskinin müharibəsidir" deməsindən sonra baş verdi. Fikir verin ki, Tramp Putinin heç adını da çəkmir. Təbii ki, Trampın bu siyasi cəsarətsizliyi Putini ilhamlandırır”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
3
axar.az

10Источники