1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Slovakiyanın qərbindəki Nove-Zamki şəhəri yaxınlığında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Facebook"da Slovakiya Tibbi Xilasetmə Xidmətinin Əməliyyat Mərkəzi məlumat yayıb.
Məlumata görə, təyyarə Kamennı Most kəndi yaxınlığında qəzaya uğrayıb.
Polis bildirib ki, qəzanın dəqiq səbəbləri və şəraiti müəyyən edilir.