RU

“Hadı Rəcəbli yaxın dostum idi, itkisi ağır oldu, yazıçı Anar kişi adamdır” Hüseynbala Mirələmovdan ETİRAF+ÖZƏL

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Ən yaxın dostlarımdan biri Hadı Rəcəbli idi. O da dünyasını dəyişdi. Onun ölümü mənim üçün böyük itki oldu. Eldar İbrahimov mənim ən yaxın dostlarımdan biridir. Biz demək olar ki, hər gün olmasa da, günaşırı zəngləşirik, həftədə bir dəfə görüşürük. Cavanşir Paşazadə ilə də görüşürəm. Ağalar Vəliyevlə də zəngləşirik. Əsl dostlarım yenə də mənimlədir, mən də onlarlayam”

Bunu Moderator.az-a açıqlamasında yazıçı-dramaturq Hüseynbala Mirələmov deyib. O daha sonra həmkarı, Azərbaycan Yazıçılar Birliynin sədri Anarla dostluqlarından danışıb:

“Anar müəllim çox vicdanlı adamdır. Mən bir insan kimi də onun daxili aləminə bələdəm. Onunla fəxr edirəm. Lori dildə desək, Anar müəllim kişi adamdır. Yazıçı kimi də deyərdim ki, o Azərbaycan ədəbiyyatında məktəb yaradıb. Mən şəxsən onun əsərləri, yazıları ilə də fəxr edirəm. Bizim millətin tör-töküntüləri də var. Vicdanlı, ləyaqətli adamlarımız isə daha çoxdur. Müharibədə bizim gənclərimiz könüllü şəkildə iştirak etdilər. Görün nə qədər ləyaqətli, vicdanlı gənclərimiz var. Nə qədər ki, Azərbaycan var, onlar həmişə yaşayacaq” deyə yazıçı bildirib.

Hüseynbala Mirələmov daha sonra yaradıcılığından danışıb:

“Sonuncu dəfə “Sərhəd” adlı bir pyes yazmışam. Bu pyesim də, “Eşqin rəngləri” romanım da “Ədəbiyyat” qəzetində dərc olunub. Yenə də əlimdə bir roman var. Bir fəslini yazmışam. Güman edirəm ki, yaxın günlərdə “52-ci qəzet”-də verəcəm çap etsinlər. İctimai fəaliyyətlə məşğul deyiləm, pensiyadayam. Deputat pensiyası alıram.

Bilirsiniz ki, elmlər namizədiyəm, professoram. Elmi fəaliyyətlə məşğulam, məqalələr yazıram. Kitab oxuyuram, nəvələrimlə məşğul oluram” deyə o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
1
moderator.az

2Источники