RU

“Qarabağ”ın ÇL-dəki səfər oyunlarını bu kanal yayımlayacaq

“Saran Media” və ölkə ərazisində əsas yayımçı olan “CBC Sport” telekanalı ilə əldə edilən razılaşma əsasında 2025/26 mövsümündə bu turnirlərin görüşləri İctimai Televiziyanın canlı efirində təqdim olunacaq. 

“Ölkə.az” xəbər verir ki, bu barədə “İctimai TV” məlumat yayıb.

Futbol həvəskarları hər oyun günü 1 qarşılaşmanı İTV-nin efirində izləyə biləcək. Razılaşmaya əsasən, “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsində keçirəcəyi 4 səfər oyunu İctimai Televiziyanın efirində nümayiş etdiriləcək. 

Yeni mövsümdə yayımlanacaq ilk matç sentyabrın 16-da keçiriləcək “Benfika” - “Qarabağ” görüşü olacaq.

Избранный
37
24
olke.az

10Источники