Misli Premyer Liqasının IV turunda "Sumqayıt" səfərdə "İmişli"yə 0:1 hesabı ilə uduzub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Saşa İliç oyunla bağlı fikirlərini bölüşüb:
“İlk olaraq onu qeyd edim ki, meydançanın durumu çox pis vəziyyətdəydi. Bu da bizim üçün problemlər yaratdı. Mən adətən süni meydanda oynamaqdansa, təbiidə oynamağı daha üstün tuturam. Amma belə meydandansa, süni daha yaxşı olardı bəlkə də. Buna isə mən yox, federasiya qərar verir. Bəzi səhvlərimiz oldu və qol buraxdıq. Bizim daha yaxşı komandamız var. Sadəcə bəxtimiz də gətirmədi”.