RU

İdman zalına getmədən arıqlamaq imkanı Gəzinti haqqında bilməli olduqlarımız

Tribuna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Saatda 5 km sürətlə getdikdə dəqiqədə təxminən 2,5–3 kalori, yaxud saatda 150–180 kalori yandırılır.

Artıq çəkidən azad olmaq istəyənlərin hamısı idman zalına getmək imkanına malik deyil. Həmçinin boş vaxtın olmaması da çətinlik yaradır.

Tribunainfo.xarici mətbuata istinadla adi gəzintinin ən faydalı məşq olmasını sübut edən faktları təqdim edir:

Gəzintinin üstünlükləri

Nə qədər çox gəzsəniz, ürək problemləri, 2-ci tip şəkərli diabet, demans və hətta bəzi xərçəng növlərinin yaranma ehtimalı bir o qədər azalır. Hətta 10 dəqiqəlik qısa gəzinti belə vaxtından əvvəl ölüm riskini 15 faiz aşağı salır.

Çəki itirmək prizmasından baxsaq, hesab olunur ki, gündə 10 min addım atmaq lazımdır. Bu, tamamilə doğru deyil! Mütəxəssislər normanı 5–7 min addıma endirməyi tövsiyə edir, amma ora pilləkənlə qalxmağı və enişli-yoxuşlu ərazilərdə gəzintini (məsələn, yuxarı qalxmağı) daxil etmək şərtilə. Məsələ ondadır ki, yağ hüceyrələrinin yandırılması nəbz sürətləndikdə başlayır. Onun tezliyi maksimumun 60–70 faizi olmalıdır (220 minus yaş). Yəni 30 yaşda bu təxminən dəqiqədə 115–135 ürək döyüntüsü deməkdir.

Addımlar və kalori

Saatda 5 km sürətlə getdikdə dəqiqədə təxminən 2,5–3 kalori, yaxud saatda 150–180 kalori yandırılır. Əgər sürəti saatda 8 km-ə qaldırsanız, bu göstərici iki dəfə artır! Əlbəttə, hər bir insanın bədəni fərqlidir, amma təxmini sərfiyyatı hesablamaq mümkündür.

Özünüzü gəzintiyə necə məcbur etmək olar?

Əgər daim maşınla hərəkət edirsinizsə, bu bir qədər çətindir. Ancaq mütəxəssislər bəzi məsləhətlər verir, əgər ictimai nəqliyyata və ya velosipedə keçməyə hazır deyilsinizsə:

Evi yeməksiz tərk edin.

Bu, sizi iş yerində biznes-lancha çıxmağa məcbur edəcək (üstəlik, binadan kənarda daha faydalı olar!).

Daha çox su için.

Hər saatda bir stəkan qəbul edin, beləcə tualetə getmək üçün də qalxmalı olacaqsınız.

Sosial şəbəkələrdə oturmaqdansa gəzin.

Bununla həm də zərərli vərdişə qarşı mübarizə aparacaqsınız. Virtual dostların xəbərlərini oxumaq istədikdə qalxın və ora-bura gəzin. İradəni saxlamaq çətin olsa, saniyəölçəndən istifadə edin.

Evdən çıxın.

Axşamlar divanda uzanmaq əvəzinə dostlarla görüşün, məhəllədə gəzin. Əsas – başlamaqdır, vərdiş prosesdə formalaşacaq.

Addımölçən alın.

Bu çox vacibdir! İrəliləyişinizi görəndə daha çox gəzmək istəyi yaranır və göstəricilərin artması motivasiya verir.

İmran Kərimli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
1
tribunainfo.az

2Источники