RU

İsveçrə rəqibini yenə darmadağın etdi - icmal

Avropada DÇ-2026-nın seçmə turnirinin sentyabrın 8-9-da keçirilən oyunlarında İsveçrə, İngiltərə, Norveç, Xorvatiya, İtaliya, Avstriya, Portuqaliya və Fransa yığmaları növbəti qələbəsini qazandı.

Diqqəti daha çox cəlb edən nəticələr İsveçrə - Sloveniya (3:0), Yunanıstan – Danimarka (0:3), Serbiya – İngiltərə (0:5), İsrail – İtaliya (4:5) və Norveç – Moldova (11:1) matçlarında qeydə alındı.

B qrupunun ilk turunda Kosovonu 4:0 hesabıyla məğlub edərək liderliyi ələ alan İsveçrə yığması növbəti rəqibini də darmadağın etdi. Maraqlıdı ki, Murat Yakının komandası evdəki ardıcıl ikinci matçda bütün qolları fasiləyə qədər vurdu.

Mərkəzi avropalılar Sloveniya ilə oyunun ilk hissəsini də fantastik keçirdilər: Yakının komandası bu dəfə rəqibini üç cavabsız qolla üstələdi. Oblakın qoruduğu qapıya ilk iki qol künc zərbəsindən sonra vuruldu. Bu yay “Monako”dan “Renn”ə keçən Embolonun mövsümün əvvəlində məhsuldar çıxışını xüsusi vurğulayaq. İsveçrəli hücumçu iki seçmə oyunda üç qol vurmaqla əla formada olduğunu göstərdi. Sloveniya ilə matçda son nöqtəni qoyan Ndoy da çox yaxşı çıxışı ilə diqqəti cəlb etdi.

Qrupun digər oyunu da tərəflərdən birinin inamlı qələbəsi ilə bitdi. Amma İsveç yığmasının Kosovoda üstün futbol sərgiləməsi fonunda uduzması bir qədər gözlənilməz oldu. Priştinadakı matçda qonaqlar hesabı açmağa daha yaxın olsalar da, Dyökereş əla şansı boşa verdi. Dərhal qurulan əks-hücumda Recbeçay hesabı açdı. Franko Fodanın çalışdırdığı komanda skandinaviyalıların qapısına yenə eyni taktika ilə yol tapdı. Muriqinin vurduğu qolla fasiləyə daha rahat yollanan balkanlılar ikinci hissədə hesabı qorumaq üçün oynadılar. Bunu bacaran Kosovo yığması qrupda 2-ci yerə çıxdı. Yon Dal Tomassonun komandası isə 1 xalla 3-cü yerə düşdü.

B qrupu
2-ci tur
İsveçrə - Sloveniya 3:0 (3:0)

İsveçrə: Kobel, Rodriges, Akanci, Elvedi, Vidmer (Şmidt, 62), Fröyler, Rider (Manzambi, 62), Caka, Varqas (Ebişer, 62), Ndoy (Zom, 90), Embolo (Zakariya, 78).
Sloveniya: Oblak, Biyol, Drkuşiç, Yanja, Karniçnik (Brekalo, 86), Elşnik (Svetlin, 61), Qnezda Çerin, Lovriç (Petroviç, 21), Stoyanoviç (Şturm, 61), Şeşko, Vipotnik (Seşlar, 86).
Qollar: Elvedi, 18 (1:0). Embolo, 33 (2:0). Ndoy, 38 (3:0).
Vərəqələr: Karniçnik, 66. Petroviç, 70 - sarı.
Hakim: Fransua Letesye (Fransa).
8 sentyabr. Bazel. 12757 tamaşaçı.

Kosovo - İsveç 2:0 (2:0)
Kosovo: Muriç, Aliti, Dellova, Qallapeni, İ.Krasniçi, Recbeçay (Emerllahu, 85), Avdullahu, Musliya (Hoca, 90+2), Voyvoda, Albion Rrahmani (Yaşari, 59), Muriqi (Asllani, 59).
İsveç: Olsen, Hin, Ekdal (Kraft, 66), Qudmundsson, Saletros, Ayyari, Larsson (Sema, 46), Svensson (Nanasi, 46), Bernhardsson (Nüqren, 62), Elanqa (İsak, 72), Dyökereş.
Qollar: Recbeçay, 26 (1:0). Muriqi, 42 (2:0).
Vərəqələr: Bernhardsson, 47. İsak, 81. Aliti, 81. Muriç, 81. Kraft, 83. Emerllahu, 86. Yaşari, 90 - sarı. Emerllahu, 90+1 - qırmızı (ikinci sarı).
Hakim: Allard Lindhaut (Niderland).
8 sentyabr. Priştina. 12887 tamaşaçı.

1. İsveçrə 2 2 0 0 7-0 6
2. Kosovo 2 1 0 1 2-4 3
3. İsveç 2 0 1 1 2-4 1
4. Sloveniya 2 0 1 1 2-5 1

Növbəti turun oyunları oktyabrın 10-da keçiriləcək. İsveç – İsveçrə, Kosovo – Sloveniya.

Избранный
21
1
football-plus.az

2Источники