RU

Gavalı cemi – payızın ən şirin hədiyyəsi - FOTO

Gavalı

Payız fəsli gavalının ən dadlı vaxtıdır. Ondan hazırlanan gavalı cemi isə qış süfrələrinin əvəzolunmaz ləzzətidir. İsti çayın yanında, tostun üzərində və ya desertlərin içində – harada olursa-olsun, evdə hazırlanmış cem hər kəsin sevimlisi olacaq.🥄 Lazım olan ərzaqlar2 kq yetişmiş gavalı1 kq şəkər tozu1 limonun şirəsi (istəyə görə)1 çimdik darçın və ya mixək (ətir üçün, istəyə görə)👩🏻‍🍳 Hazırlanma qaydasıGavalıGavalıları yaxşıca yuyun, çəyirdəklərini çıxarın və dilimləyin.Qazana gavalıları əlavə edib üzərinə şəkər səpin. 3-4 saat saxlayın ki, meyvələr suyunu buraxsın.Orta odda qarışdıra-qarışdıra bişirin. Qaynamağa başlayanda üzə çıxan köpüyü yığışdırın.30–40 dəqiqə bişirdikdən sonra limon şirəsi əlavə edin. Ətirli olsun deyə darçın və ya mixək də qata bilərsiniz.Cəm qatılaşanda isti-isti steril bankalara tökün və qapaqları möhkəm bağlayın.Soyuduqdan sonra sərin, quru və qaranlıq yerdə saxlayın.Parlaq bənövşəyi rəngi və turşməzə şirin dadı ilə gavalı cemi həm qışda immuniteti gücləndirəcək, həm də süfrəyə xüsusi rəng qatacaq.Ulusum.az

Diqqət Çəkənlər

Sevimli kartof "fri"gizli xəstəlik yarada bilər ?

Qəfil səfər: Harri Ukraynada bərpa planları ilə

Fransada Makrona qarşı impiçment təşəbbüsü: 104 deputat imzaladı

Избранный
20
ulusum.az

1Источники