RU

Sentyabrın 14 də hava yağıntılı olacaq

ain.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.

Sentyabrın 14-də ölkə ərazisində hava şəraitinin dəyişkən olacağı gözlənilir.

Doğru.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacaq. Günün birinci yarısında yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimal edilir. Güclü şimal-qərb küləyi əsəcək.

Paytaxtda havanın temperaturu gecə 17-20, gündüz 20-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağış, şimşək, leysan və güclü yağıntı müşahidə olunacaq. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi bölgələrdə arabir güclənəcək.

Havanın temperaturu rayonlarda gecə 15-19, gündüz 20-25, dağlarda gecə 4-7, gündüz 7-12 dərəcə isti olacaq.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
31
dogru.az

10Источники