RU

“Qızıl top”u qazanmağım bir arzumun gerçəkləşməsi olardı”

ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Barselona”nın futbolçusu Lamin Yamal “Qızıl top”la bağlı fikirlərini bölüşüb.

Futbolpress.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, o, mükafatı qazanmağın arzusunda olduğunu deyib:

“Qızıl top”u qazanmağım bir arzumun gerçəkləşməsi olardı. Alsam, yanımda olan dostlarım və ailəmlə qeyd edəcəyəm. Bəzən fikirlər görürəm ki, deyirlər, “Qızıl top”u indi qazanmağım karyerama problem yarada bilər. Düzdür, 18 yaşım var. Amma bu yaşda “Qızıl top”u qazanmaq inanılmaz olardı. Bacarmasam, daha çox inkişaf edib, buna nail olmağa çalışacam”.

“Qızıl top”un qalibi sentyabrın 22-də açıqlanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
57
futbolpress.az

1Источники