RU

“Qarabağ”la oyunda qələbə qazanmalıyıq”

futbolpress-az saytından alınan məlumata görə, ain.az bildirir.

“Benfika”nın baş məşqçisi Bruno Lage Portuqaliya çempionatında “Santa Klara” ilə heç-heçə etdikləri (1:1) oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis həftəiçi “Qarabağ”a qarşı keçirəcəkləri Çempionlar Liqası oyunundan söz açıb:

“Artıq toparlanmalı və bütün diqqətimizi növbəti qarşılaşmaya yönəltməliyik. Çərşənbə axşamı doğma meydanda qələbə qazanmalıyıq. Azarkeşlərimizə müraciət edirəm. Bizi dəstəkləməyə davam edin. Çempionlar Liqası matçında da burada olun. Çünki turnirdə yaxşı mövsüm keçirməli və qalibiyyətlə başlamalıyıq”.

Sentyabrın 16-da keçiriləcək “Benfika” – “Qarabağ” oyunu saat 23:00-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
futbolpress.az

1Источники