RU

Tramp: Mən Rusiyaya qarşı böyük sanksiyalar tətbiq etməyə hazıram

ABŞ prezidenti Tramp Ukrayna ilə danışıqları dayandırdığını elan edən Rusiya ilə bağlı tənqidi açıqlama verib.

Turkustan.az xəbər verir ki, Donald Tramp NATO ölkələrinə məktub göndərərək, Ukraynada müharibəyə son qoymaq üçün Rusiya neftinin alınmasını dayandırmağı və Rusiyaya qarşı böyük sanksiyalar tətbiq etməyi xahiş edib.

"Bütün NATO ölkələri Rusiyadan neft almağı dayandırmağa qərar verərsə, mən Rusiyaya qarşı böyük sanksiyalar tətbiq etməyə hazıram", - Tramp bildirib.

Çinin Rusiya üzərində güclü nəzarəti olduğunu iddia edən Tramp, Rusiya-Ukrayna müharibəsi bitdikdən sonra NATO üzvlərinin Çinə yüksək tariflər tətbiq etməli olduğunu vurğuladı; Beləliklə, Çinin Rusiya üzərində nəzarəti pozulacaq:

“NATO-nun Çinə 50%-dən 100%-ə qədər tariflər tətbiq etməsi müharibənin sona çatmasına töhfə verəcək”.

Aytən Yaşar/ Turkustan.az

Избранный
21
turkustan.az

1Источники