RU

QMi sədri Qazaxıstanda gənc dini liderlərə xitab edəcək » AzadMedia.az


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 15-də Qazaxıstan Respublikasına səfərə yola düşür.

Bu barədə QMİ-nin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edilib ki, səfər proqramı çərçivəsində Şeyxülislam A. Paşazadə BMT Sivilizasiyalar Alyansı və Astana Qurultayının dini məkanların qorunmasına həsr olunmuş birgə iclasında iştirak və məruzə ilə çıxış edəcək.

QMİ sədri Dünya və ənənəvi Dinlərin VIII Astana Qurultayında iştirak və çıxış edəcək. 18 sentyabr tarixində baş tutacaq Gənc Dini Liderlərin Forumunda çıxış edəcək Şeyxülislam A. Paşazadə gənclərə xitab edərək, xeyir-dua verəcək.

Nüfuzlu beynəlxalq dinlərarası dialoq platforması olan Dünya və ənənəvi Dinlərin VIII Qurultayının mövzusu “Dinlərin dialoqu – gələcək naminə sinerji”dir.
Избранный
40
16
azadmedia.az

10Источники