RU

Toy karvanında pirotexniki vasitələri işə saldılar, saxlanıldılar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Naxçıvanda toy karvanında qaydaları pozan şəxslər saxlanılıblar.
Oxu.Az xəbər verir ki, Naxçıvanda toy karvanı zamanı ictimai qaydanı və yol hərəkətinin təhlükəsizliyini kobud şəkildə pozan "Chevrolet" markalı avtomobilin sürücüsü Daşqın Həsənov, "Jaguar" markalı avtomobilin sürücüsü Həsən Allahverdiyev, "Renault" markalı avtomobilin sürücüsü Tuncay Cabbarlı və KIA markalı avtomobilin sürücüsü İlkin Rüstəmov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla onların digər hərəkət iştirakçılarının sərbəst hərəkətinə pirotexniki vasitələrdən istifadə etməklə mane olduqları və yol hərəkəti qaydalarını pozduqları aşkar edilib.
Faktla bağlı saxlanılan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Избранный
7
1
oxu.az

10Источники