Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) pedaqoji professoru vəfat edib.
Bu barədə universitetin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, ADPU-nun Fizika fakültəsinin Ümumi fizika kafedrasının professoru, Əməkdar müəllim, uzun illər elmi-tədqiqat və ali təhsil idarəetməsi sahəsində müxtəlif vəzifələrdə çalışmış Həmzə Səməd oğlu Seyidli dünyasını dəyişib.
Tarix: 13 Sentyabr 2025, 14:24