RU

Sabah yağış yağacaq, külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında sentyabrın 14-də arabir yağış yağacağı gözlənilir.

Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Əsasən günün birinci yarısında yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimal olunur.

Küləkli hava şəraitinin sentyabrın 14-ü də davam edəcəyi gözlənilir.

Избранный
5
35
apa.az

10Источники