RU

SOCAR-ın yaranmasından

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yaranmasının 33 ili tamam olur.Metbuat.az xatırladır ki, 1992-ci il sentyabrın 13-də imzalanan qərarla Azərbaycanın o dövrdə mövcud olan iki iri qurumu “Azərineftdövlətkonserni” və “Azərineftkimyasənaye” Dövlət Konserni birləşdirilərək SOCAR yaradılıb. Şirkətin əsas məqsədi ölkənin neft və qaz ehtiyatlarının istismarı, emalı, nəqli və satışını vahid dövlət nəzarəti altında birləşdirmək olub. SOCAR yaranan gündən Azərbaycanın enerji sektorunda aparıcı mövqeyə malikdir. Şirkət həm ölkə daxilində, həm də beynəlxalq miqyasda geniş layihələr həyata keçirib. 1994-cü ildə imzalanan məşhur “Əsrin müqaviləsi” SOCAR-ın beynəlxalq əməkdaşlıqlarında yeni mərhələ açdı. Daha sonra “Şahdəniz”, “Cənub Qaz Dəhlizi”, “Bakı-Tbilisi-Ceyhan” və digər strateji layihələrdə şirkət əsas tərəfdaşlardan biri kimi çıxış edib.Hazırda SOCAR ölkə iqtisadiyyatının inkişafında əsas rol oynayan şirkətlərdən biridir. Şirkət 20-dən çox ölkədə təmsil olunur, müxtəlif istiqamətlərdə, qazma, hasilat, emal, logistik infrastruktur və satış üzrə fəaliyyət göstərir. SOCAR həmçinin “TANAP” və “TAP” layihələri vasitəsilə Azərbaycan qazının Avropaya çıxarılmasında əsas rol oynayır.Bu gün şirkət yalnız neft və qaz hasilatı ilə kifayətlənmir, həm də alternativ enerji, innovasiya və ekoloji layihələrə xüsusi diqqət ayırır. SOCAR-ın məqsədi Azərbaycanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, ölkənin iqtisadi inkişafına da töhfə verməkdir.

Ülkər Cəlilzadə / Metbuat.az

Избранный
41
2
metbuat.az

10Источники