RU

Qızılağac Milli Parkının ərazisindəki yanğın söndürülüb

Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyi tərəfindən Qızılağac Milli Parkının Masallı rayonu, Qızılağac kəndinə yaxın ərazisində baş vermiş yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən tam söndürülüb.

Bu barədə Hafta.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın nəticəsində 10 ha sahədə qamışlıq, quru ot, kol-kos və qismən ağaclar yanıb. Milli Parkın qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran şəhər və Masallı rayon Yanğından Mühafizə hissələrinin qüvvələri ilə yanaşı, Milli Parkın əməkdaşları da iştirak edib.

Избранный
57
21
hafta.az

10Источники