RU

Bu ölkə Rusiya ilə sərhəddə hava məkanını bağladığını elan etdi

Sentyabrın 12-dən etibarən Estoniya Rusiya ilə şərq sərhədində yerləşən bəzi bölgələrdə hava məkanına müvəqqəti məhdudiyyətlər tətbiq edib.

Turkustan.az xəbər verir ki, bu barədə Estoniyanın ERR dövlət yayım agentliyi məlumat yayıb.

Estoniya hərbçilərinin bildirdiyinə görə, qərar Rusiya Federasiyasının Leninqrad vilayətində Rusiya qoşunlarının fəaliyyəti və Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hərəkətləri ilə bağlı təhlükəsizlik mülahizələrinə əsasən qəbul edilib.

Məhdudiyyətlərə əsasən, hər gün saat 20:00-dan səhər saat 07:00-dək, 6000 metrə qədər yüksəkliklərdə uçuşlar qadağan edilir. Bu rejimin bir neçə həftə qüvvədə qalacağı gözlənilir.

Estoniya Hərbi Hava Qüvvələrinin komandanı Riivo Valge qeyd edib ki, məhdudiyyətlər yalnız müəyyən hava fəaliyyətini əhatə edir:

“Biz bəzi hava əməliyyatlarını məhdudlaşdırırıq. Məsələn, pilotsuz uçan aparatlarla itkin düşmüş şəxslərin axtarışı zamanı Sərhəd Mühafizəsi və polis orqanları ilə razılaşdırılmış uçuşlara icazə verilir. Məqsəd – müşahidə operatorlarının izləməli olduğu hava obyektlərinin sayını azaltmaqdır”, – deyə, Valge bildirib.

Hərbçilər məhdudiyyətlərin nə qədər davam edəcəyini indidən söyləməyin çətin olduğunu qeyd edirlər. Artıq Helsinki–Tartu aviareysi də bu məhdudiyyətlərdən təsirlənib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
11
turkustan.az

1Источники