Demokrat.az news24.az-a istinadən xəbər verir ki, rayonun Səfərli kəndinin ərazisində Böyükbəyli kənd sakini 2011-ci il təvəllüdlü Əli Elnur oğlu Məmmədli atasına məxsus “VAZ-21 115” markalı 90 NG 609 dövlət qeydiyyat nişanlı avtomobili aşırıb. Avtomobildə olan Elnurun həmkəndlisi və sinif yoldaşı 2011-ci il təvəllüdlü Adəm Sərvər oğlu İsmayılzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
***
Ötən gün Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azyaşlının idarə etdiyi avtomobilin aşması və həmyaşıdının həlak olması hadisəsi dərin təəssüf doğurur. Bu faciə bir daha göstərir ki, yetkinlik yaşına çatmamış şəxslərin sükan arxasına keçməsi yolverilməzdir və ağır nəticələrə gətirib çıxarır.
Demokrat.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
"Bir daha vurğulayırıq ki, nəqliyyat vasitəsini yalnız qanunla müəyyən olunmuş yaş həddinə çatmış və sürücülük hüququna malik şəxslər idarə edə bilər. Bu qaydanın pozulması insan həyatı üçün ciddi təhlükə olmaqla yanaşı, qanuni məsuliyyət də doğurur.
Təəssüf ki, bəzi hallarda valideynlər və böyüklər məsuliyyətsizlik nümayiş etdirərək, azyaşlı övladlarının və ya ailə üzvlərindən birinin sürücülük vəsiqəsi olmadan avtomobili idarə etməsinə şərait yaradırlar. Bu isə qanunla tam qadağan olunmaqla yanaşı, son dərəcə təhlükəli və məsuliyyətsiz bir addımdır. Belə halların nəticəsi yalnız sükan arxasında əyləşmiş azyaşlı üçün deyil, həm də digər sürücülər, sərnişinlər və piyadalar üçün faciəvi ola bilər.
Unutmayaq ki, övladlara qarşı ən böyük qayğı onların həyat və sağlamlığını qorumaqdır. Onları sükan arxasına keçməsinə şərait yaratmaqla yalnız öz övladınızı deyil, bütövlükdə hərəkət iştirakçılarınl təhlükə qarşısında qoymuş olursunuz.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını məsuliyyətli davranmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır".




10Источники
-
tribunainfo.az14 yaşlı oğlanın öldüyü qəzada maşını azyaşlı sürürmüş ( 21313033)
-
icma.azBDYPİ əhaliyə müraciət edib ( 21312892)
-
bizim.mediaYol polisindən XƏBƏRDARLIQ Azyaşlılar sükan arxasına keçməsin! ( 21311821)
-
metbuat.azMəktəbli qəza törətdi, sinif yoldaşı öldü FOTO ( 21311623)
-
axar.azAzyaşlının idarə etdiyi maşın aşdı, yaşıdı öldü ( 21311023)
-
qafqazinfo.azYeniyetmənin öldüyü qəzada maşını azyaşlı idarə edirmiş... Fotolar ( 21310948)
-
baki-xeber.comAzyaşlının sükan arxasına keçməsi faciə ilə nəticələndi ( 21307975)
-
7news.azAzərbaycanda məktəbli dəhşətli qəza törətdi – Sinif yoldaşı öldü ( 21307921)
-
demokrat.azMəktəbli qəza törətdi, sinif yoldaşı öldü — FOTOLAR ( 21306229)
-
manset.azYeniyetmənin öldüyü qəzada maşını azyaşlı sürürmüş - FOTOLAR ( 21305914)