RU

Şimali Koreyada "Hamburger" sözünə qadağa qoyuldu

Koreya Xalq Demokratik Respublikasının (KXDR) sədri Kim Çen In növbəti dəfə maraqlı qadağaları ilə gündəmə gəlib.

Publika.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, KXDR lideri “hamburger”, “karaoke” və “icecream” sözlərini qərb mənşəli hesab etdiyi üçün onların işlənməsinə qadağa qoyub. Kim Çen In hər kəsi bu sözləri yerli sözlərlə əvəz etməyə çağırıb.

Nəşr yazıb ki, Vonsan kurortunda Rusiya və Çindən turist qəbul edən turist bələdçilərinə artıq göstərişlər də verilir. Onlara tapşırılır ki, Qərbdə və qonşu Cənubi Koreyada məşhur olan ingilisləşməkdən uzaq dursunlar.

Избранный
19
publika.az

1Источники