RU

Husilər Tel-Əvivə hipersəs ballistik raket zərbəsi endirdiklərini açıqladı

Yəməndə fəaliyyət göstərən üsyançı hərəkat “Ənsar Allah” Tel-Əvivə hipersəs ballistik raket zərbəsi endirdiyini bildirib.

Musavat.com xəbər verir ki, hərəkatın nümayəndəsi Yahya Sariya məlumat verib.

O bildirib ki, Yəmən Silahlı Qüvvələrinin raket qoşunları “Palestina-2” tipli, ayrılan başlıqlı hipersəs ballistik raketdən istifadə edərək Yaffo bölgəsində bir neçə həssas hədəfi vurub. Sariyanın sözlərinə görə, əməliyyat uğurla həyata keçirilib və planlaşdırılan nəticələr əldə olunub.

Xəbərdə qeyd olunur ki, məlumat hərəkatın nəzarətində olan Al Masirah televiziya kanalında yayımlanıb.

Musavat.com

Избранный
97
1
musavat.com

10Источники