Uzunömürlülük mütəxəssisi 100 yaşa qədər yaşamağın vərdişlərini açıqladı.
E-saglam.az xəbər verir ki, bunu uzunömürlülük mütəxəssisi Məhəmməd Enayat “Metro” telekanalına müsahibəsində 100 yaşa qədər yaşamağa imkan verən vərdişləri açıqlayıb.
Gün işığında gəzin və ayaqyalın təbii səthlərdə yürüyün – bu, bədənin sirkadiyen ritmini tənzimləyir və stresə qarşı müqaviməti artırır.
Soyuq su ilə islanmaq – metabolizmanı stimullaşdırır.
Yatmazdan əvvəl rahatlama məşqləri edin – axşam meditasiya və ya tənəffüs məşqləri kortizol səviyyəsini aşağı salır; ekranlardan uzaq durmaq və otağı sərin, qaranlıq saxlamaq beyin sağlamlığı üçün faydalıdır.
Enayatın sözlərinə görə, bu sadə vərdişlər ömrü uzatmağa kömək edə bilər.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az