Qəbulda ölkənin qeyri-hökumət təşkilatlarının rəhbərlərindən - "Milli Dəyərlərin Qorunması" İctimai Birliyinin sədri Dilarə Nağıyeva, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin həmtəsisçisi Şamil Sabiroğlu, eləcə də müxtəlif məsələlərlə bağlı müraciət edən vətəndaşlar iştirak edib.
Görüş zamanı Fazil Mustafa Dilarə Nağıyeva və Şamil Sabiroğluna əlamətdar yubileyləri münasibətilə Komitə adından təbrik məktubu təqdim edib.
Müzakirələrdə vətəndaş cəmiyyəti institutlarının inkişafı, ictimai iştirakçılığın genişləndirilməsi, bu qəbildən olan məsələlərin qanunvericilik əsasları, həmçinin Komitənin fəaliyyəti və payız sessiyası üzrə iş planında nəzərdə tutulan profil yönümlü tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Qəbulda iştirak edən digər vətəndaşların məşğulluq, işə bərpa və sosial problemlərlə bağlı qaldırdığı məsələlər diqqətlə dinlənilib; qanunvericiliyə uyğun müraciətlər üzrə aidiyyəti dövlət qurumlarına məktubların göndəriləcəyi bildirilib.