RU

Ərdoğanın baş müşaviri Hamdi Kılıç vəfat edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Hamdi Kılıç uzun sürən xəstəlik səbəbindən Ankarada vəfat edib.

Bu barədə Oxu.Az “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, Hamdi Kılıçın nəşi Ahmet Hamdi Akseki məscidində qılınacaq cənazə namazından sonra Gölbaşı qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, evli olan Hamdi Kılıçın üç övladı var.

Ədalət və İnkişaf Partiyasının baş katibi Eyyüp Kadir İnan Hamdi Kılıçın vəfatı ilə bağlı sosial media hesabında paylaşım edib.

“Prezidentin baş müşaviri, dəyərli böyüyümüz Hamdi Kılıç haqqın rəhmətinə qovuşdu. Partiyamıza və prezidentimizə sarsılmaz sədaqətlə xidmət etmiş, dərin biliklərə və düşüncələrə sahib şəxsiyyəti ilə həyatını öz işinə, millətinə və dövlətinə həsr etmişdi. Allah rəhmət etsin, məkanı cənnət, məqamı ali olsun. Ailəsinin, cəmiyyətimizin başı sağ olsun”, – Eyyüp Kadir İnan paylaşımda bildirib.

Избранный
42
1
editor.az

3Источники