RU

Corcio Armaninin vəsiyyəti açıqlanıb

Müəllif:Mehin Qasımova,Banco.az

Ötən həftə 91 yaşında dünyasını dəyişən italyan modasının əfsanəvi adı Giorgio Armani-nin vəsiyyəti açıqlanıb.

Banco.az xəbər verir ki, onun şirkətinin Armanidən sonra gələcəyi ilə bağlı təfərrüatlar da bəlli olub.

İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, məşhur modelyerin vəsiyyətinə uyğun olaraq, Giorgio Armani Fondu şirkətin yeganə sahibi olacaq.

Vəsiyyətnaməyə əsasən, vəqf qüvvəyə mindikdən sonra 18 ay ərzində şirkətin səhmlərinin 15%-ni satmağa borclu olacaq. "LVMH", "EssilorLuxottica" və ya "L'Oréal" kimi qlobal lüks nəhənglərə üstünlük veriləcək.

Həmçinin bildirilib ki , şirkətin kommersiya əlaqəsi olan digər moda və lüks brendlər gələcək yeni səhm satışlarında nəzərə alına bilər.

Избранный
17
banco.az

1Источники