RU

Paytaxt məktəblərində 505 min 766 şagird oxuyacaq

ain.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində, ümumilikdə, 505 min 766 şagird təhsil alacaq. Qurumun media və ictimaiyyətlə əlaqələr sektorundan XQ-yə bildirildi ki, paytaxt məktəblərinin I sinfində 39 min 622, IX sinfində 47 min 438, XI sinfində 35 min 134, XII sinfində isə 124 şagird məşğələlərə başlayacaq.

Məktəbəhazırlıq qruplarına 21 min 491 beşyaşlının qəbul olunması nəzərdə tutulur. Məktəbəqədər təhsil müəssisəslərinə isə 35 min 028 uşaq cəlb edilib. 28 min 127 müəllim bağça və uşaq evlərində məktəbəqədər təhsil müəssisəslərində isə 4 min 149 tərbiyəçi-müəllim çalışır.

Xatırladaq ki, Bakıda 673 təhsil müəssisəsi, 9 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
41
1
xalqqazeti.az

10Источники