RU

Kamçatka sahillərində sunami təhlükəsi ləğv edildi YENİLƏNDİ

News24 saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Kamçatka sahillərində sunami təhlükəsi ləğv edilib.

News24.az xəbər verir ki, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Kamçatka üzrə Baş İdarəsi sunami təhlükəsinin aradan qaldırıldığını açıqlayıb.

Xilasedicilər bildiriblər ki, yaşayış məntəqələrinin yaxınlığında dalğa yaxınlaşması qeydə alınmayıb və təhlükə artıq mövcud deyil.

***

09:00

Kamçatka sahillərində baş vermiş 7,4 maqnitudalı zəlzələdən sonra Şimali Kuril bölgəsində sunami təhlükəsi elan edilib.

News24.az  xəbər verir ki, bu barədə "RİA Novosti"yə “Yujno-Saxalinsk” seysmoloji stansiyasının rəisi Yelena Semyonova məlumat verib.

Bildirilib ki, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
46
1
news24.az

2Источники