RU

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 253 Bakı şəhəri, 9 sentyabr 2025-ci il

“Çernobıl AES-də qəza nəticəsində köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürülmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda qocaların, uşaqların, aztəminatlı və ailə başçısını itirmiş şəxslərin, İİ V/QİÇS-lə xəstələnmiş vətəndaşların dərman preparatları ilə təmin olunması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 mart tarixli 38 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Çernobıl AES-də qəza nəticəsində köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürülmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda qocaların, uşaqların, aztəminatlı və ailə başçısını itirmiş şəxslərin, İİV/QİÇS-lə xəstələnmiş vətəndaşların dərman preparatları ilə təmin olunması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 mart tarixli 38 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 252 (Cild I); 2024, № 9, maddə 1101) aşağıdakı dəyişikliklər edilsin:

1. Adına və 1-ci hissəyə “dərman preparatları ilə” sözlərindən sonra “, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin və şəhid ailələrinin dərman vasitəsi kimi tibbdə istifadə edilən psixotrop maddələrlə” sözləri əlavə edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Çernobıl AES-də qəza nəticəsində köçürülmə günü ana bətnində olan uşaqlar da daxil olmaqla, uzaqlaşdırma və köçürülmə zonalarından köçürülmüş uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş, yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqların, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda qocaların, uşaqların, aztəminatlı və ailə başçısını itirmiş şəxslərin, İİV/QİÇS-lə xəstələnmiş vətəndaşların dərman preparatları ilə təmin olunması Qaydası” üzrə:

2.1. adına və 1-ci hissəyə “dərman preparatları ilə” sözlərindən sonra

“, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin və şəhid ailələrinin dərman vasitəsi kimi tibbdə istifadə edilən psixotrop maddələrlə” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslər və şəhid ailələri bu Qaydaya uyğun olaraq dərman vasitəsi kimi tibbdə istifadə edilən psixotrop maddələrlə təmin olunurlar.”;

2.3. 3-cü və 5-ci hissələrdə ismin müvafiq hallarında “müalicə- profilaktika müəssisələri” sözləri ismin müvafiq hallarında “tibb müəssisələri” sözləri ilə əvəz edilsin;

2.4. 4-cü hissə üzrə:

2.4.1.birinci abzasda “müalicə-profilaktika müəssisələrində” sözləri “tibb müəssisələrində” sözləri ilə əvəz edilsin;

2.4.2. ikinci abzasda “dövlət büdcəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçün” sözləri “dövlət tibb müəssisələrinin xərclərində” sözləri ilə əvəz edilsin;

2.3. 4-cü hissənin ikinci abzasında “dövlət büdcəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçün” sözləri “dövlət tibb müəssisələrinin xərclərində” sözləri ilə əvəz edilsin;

2.4.2.5. 6-cı hissə ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Избранный
44
xalqqazeti.az

1Источники