Sentyabrın 5-də Ermənistan baş nazirinin müavini Mher Qriqoryanla Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev arasında görüşünün detalları bəlli olub.
Ölkə.az “hraparak”a istinadən xəbər verir ki, Şahin Mustafayevlə Mher Qriqoryan arasında görüş Zəngəzurda baş tutub.
Mqer Qriqoryanın ofisindən verilən məlumata görə, görüş əvvəlcə Qərbi Zəngəzurda və Zəngəlan bölgəsinin cənub bölgələrində baş tutub.
Nəşr yazıb ki, tərəflər arasında görüş əvvəlcə Meqridə baş tutub. “Nümayəndə heyətləri helikopterlə görüş yerinə gəliblər. Daha sonra Azərbaycan ərazisində görüşü davam etdiriblər”, - nəşr yazıb.
“Hrapark”ın yazdığına görə, Azərbaycan tərəfinin təklifi ilə sərhədlərin demarkasiya işinin Zəngəzurda davam etdirilməsi barədə razılığa gəlinib.
Ermənistan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, görüşdə tərəflər 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalara əsasən, kommunikasiyaların yaradılması sahəsində fəaliyyətlərin sinxronlaşdırılması məqsədilə tərəflər sərhəd xəttinin müvafiq hissələrinin/hissələrinin demarkasiyası, minalardan təmizlənməsi, o cümlədən zəruri infrastrukturun bərpası və tikintisi və onların həyata keçirilməsi müddətləri ilə bağlı məsələləri müzakirə ediblər.
Mürtəza
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта