RU

Hər anınızı sosial şəbəkələrdə paylaşmayın, müdiriniz görür Psixoloqdan açıqlama

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

"Sosial şəbəkələrdə şəxsi həyatla bağlı paylaşımlar qalıcıdır və onları iş yeri rəhbəri, həmkarlar və yaxınlar görə bilər".

Milli.Az xəbər verir ki, rusiyalı psixoloq Olesya İnevskaya internetdə şəxsi problemləri bölüşməyin həm faydaları, həm də riskləri barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə sosial şəbəkələrdə səmimi paylaşımlar bəzən insana dəstək tapmaq, stress və narahatlığı azaltmaq imkanı versə də, bunun mənfi tərəfləri də var.

Mütəxəssis bildirib ki, şəxsi hekayələr sosial şəbəkələrdə qalıcıdır və onları iş yeri rəhbəri, həmkarlar və yaxınlar görə bilər.

"Platformaların alqoritmləri ağrılı paylaşımları irəli çıxardığı üçün insan getdikcə daha çox açılmağa meyilli olur. Bu isə əlavə psixoloji təzyiq yarada bilər.

İnevskaya xəbərdarlıq edib ki, emosional pik anında paylaşılan etiraflar neqativ şərhlər və ya laqeyd münasibət səbəbindən ikinci dəfə travma yaşamağa gətirib çıxara bilər. Hətta belə hekayələr izləyicilərdə də narahatlıq və psixoloji gərginlik yaradır", - o söyləyib.

İsmayıl

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
50
1
news.milli.az

2Источники