RU

Kamçatkada zəlzələ olub, sunami təhlükəsi elan edilib

Kamçatkada 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər  verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Bildirilib ki, zəlzələ Petropavlovsk-Kamçatskidən 123 km aralıda, 46,8 km dərinlikdə baş verib.

Zəlzələdən sonra sunami təhlükəsi elan edilib. Cənubi Saxalin seysmoloji stansiyasının rəisi Yelena Semenova RİA Novosti-yə bildirib ki, təhlükə əsasən Şimali Kuril adaları rayonuna aid edilir. 

Bundan başqa, ABŞ-nin Okeanlar və Atmosfer araşdırmaları Milli Mərkəzi də sözügedən zəlzələdən sonra mümkün sunami təhlükəsi haqda xəbərdarlıq edib. 

Избранный
16
1
anews.az

2Источники