RU

ANAMA-nın vəzifəli şəxsləri içkili polisi söydülər, həbs edildilər - LAÇINDA BİABIRÇILIQ




7NEWS.az xəbər verir ki, ANAMA-da bölmə rəisi işləyən 1985-ci il təvəllüdlü S.Məmmədovun (şərti) idarə etdiyi "Hyundai Sonata” markalı avtomobil yol polisi əməkdaşları tərəfindən dünən Laçın şəhərinin mərkəzində saxlanılıb. Bu zaman sərxoş vəziyyətdə olan və sürücülük kəmərindən istifadə etməyən sürücü ilə onun yanında əyləşən, spirtli içkinin təsiri altında olan 31 yaşlı sərnişin T.Qurbanov ucadan səs-küy salmağa, söyüş söyməyə başlayıblar.

İctimai asayişi pozan şəxslər saxlanılaraq bölməyə aparılıblar. Laçın Rayon Məhkəməsinin qərarı ilə 8 sutkalıq inzibati həbs ediliblər.
Избранный
35
44
7news.az

10Источники