RU

Mehdiabadda yaşayış binasında yanğın - VİDEO

Mehdiabadda

Abşeron rayonunun Mehdiabad qəsəbəsində 7 mərtəbəli yaşayış binasının mənzillərindən birində yanğın baş verib. Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Hadisə ilə bağlı “112” qaynar xəttinə zəng daxil olduqdan sonra Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və texnikası dərhal əraziyə cəlb olunub.Yanğınsöndürənlərin çevik fəaliyyəti nəticəsində alov qısa zamanda lokallaşdırılıb və qonşu mənzillərə keçməsinin qarşısı alınıb.Alov nəticəsində 3 otaqlı mənzilin 3-cü mərtəbəsində yerləşən bir otağın 16 kv.m sahədə yanan konstruksiyaları zərər görüb. Təhlükəsizlik məqsədilə binadan 15 nəfər, o cümlədən 2 uşaq təxliyə olunub. Digər otaqlar və qonşu mənzillər yanğından qorunub.Yanğının səbəbləri araşdırılır.Ulusum.az

Diqqət Çəkənlər

"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib

Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı

Like, smayl, “ok”: bunlar həqiqətən cavabdırmı?

Избранный
25
ulusum.az

1Источники