15 oktyabr 2025-ci il saat 10.00-da "Xaçmaz-Kəndnəqliyyat" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi 1 nömrəli ünvanda baş tutacaq.
Yığıncağın gündəliyində aşağıdakı məsələlər durur:
1. Yeni sədrin seçilməsi və gündəlikdəki digər məsələlər.
Yığıncaqda səhmdarların özlərinin və qanuni vərəsələrinin iştirak etmələri vacibdir.