Kamçatkada 6,3 bal gücündə zəlzələdən sonra sunami təhlükəsi elan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə özünün Teleqram kanalında vilayətin qubernatoru Vladimir Solodov məlumat verib.
"Güc 6,3 bal olub, zəlzələlər regional paytaxtda 4-6 bal hiss olunub. Sunami təhlükəsi elan edilib. Xalaktırski çimərliyinə və sunami təhlükəsi olan digər ərazilərə səfər edərkən xüsusilə diqqətli olun", - deyə rayon rəhbəri bildirib.
Daha sonra regional Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti əlavə edib ki, hündürlüyü 120 sm-dən çox olmayan sunami dalğasının Mayaçnı burnu, Xalaktırski çimərliyi ərazisinə yaxınlaşacağı gözlənilir.
Rusiya Elmlər Akademiyasının geofizika xidməti məlumat yayıb kı, Kamçatka regionunda Petropavlovsk-Kamçatskidən 123 km aralıda 6,3 maqnitudalı zəlzələ baş verib. Belə ki, 46,8 kilometr dərinlikdə baş vermiş yeraltı təkanlar bir çox ərazidə açıq hiss edilib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта