RU

Bu arıqlama dərmanı təhlükə yaratdı DİQQƏTLİ OLUN KONKRET

ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Dünyada məşhur arıqlama dərmanı kimi tanınan “Ozempic”in istehsalçısı Novo Nordiskə qarşı artıq 2000-dən çox məhkəmə iddiası qaldırılıb. 

KONKRET.az sfera.az-a istinadla xəbər verir ki, iddialarda şirkətin istifadəçiləri və həkimləri dərmanın yaratdığı ciddi yan təsirlər barədə kifayət qədər məlumatlandırılmadığı bildirilir. Hüquq mütəxəssisləri hesab edirlər ki, məsuliyyətin həcmi 2 milyard dollardan çox ola bilər.

İstifadəçilərin əsas şikayətləri bunlardır:

Mədə iflici (qastroparez) – İddialarda ən çox rast gəlinən fəsad kimi göstərilir. Dərmanın mədənin boşalmasını gecikdirdiyi, bunun nəticəsində isə xroniki ürəkbulanma, qusma, qarın ağrısı və susuzluq yarandığı qeyd olunur. Bəzi hallarda xəstələrin xəstəxanaya yerləşdirildiyi və qidalanma borusuna ehtiyac duyulduğu vurğulanır.

Bağırsaq tıxanıqlığı (ileus) – Məhkəmə iddialarında dərmanın bağırsaqların fəaliyyətini zəiflədərək tıxanıqlara səbəb olduğu, bu səbəbdən təcili cərrahi müdaxilə tələb edildiyi bildirilir. ABŞ Qida və Dərman Administrasiyası (FDA) 2023-cü ilin sentyabrında bu risklə bağlı “Ozempic”ə görə əlavə xəbərdarlıq edilib.

Görmə itkisi – Son illərdə artan iddialarda dərmanın görmə qabiliyyətinə zərər vurduğu qeyd olunur. Xüsusilə qeyri-arteritik optik neyropatiya (NAION) halları diqqət çəkir. Bu isə qəfil və geri dönməz görmə itkisinə səbəb ola bilər.

Digər fəsadlar – Şikayətçilər həmçinin öd kisəsi xəstəlikləri, pankreatit və böyrək zədələnmələrinin də müşahidə olunduğunu bildirirlər.

Əsas ittiham isə ondan ibarətdir ki, Novo Nordisk xəstələri və həkimləri kifayət qədər xəbərdar etməyib. İddialara görə, şirkət “Ozempic”in xüsusilə arıqlama məqsədilə istifadəsini təşviq edib, lakin dərmanın təhlükələri barədə məlumatları gizlədib və ya azaldaraq təqdim edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
4
konkret.az

5Источники