RU

Şirvan Şəhər Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

Şirvan şəhər ağsaqqalları dövlətin daxili və xarici siyasətini bəyəndiklərini bildiriblər

Sentyabrın 12-də Şirvan şəhərində Şəhər Ağsaqqallar Şurasının növbəti hesabat yığıncağı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla anıblar. Sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Respublika Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov, Pespublika Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər Ağsaqqallar Şurasının üzvləri, idarə və müəssisə rəhbərləri, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə şəhər icra hakimiyyətinin başçısı İ. Abbasov açdı. O qeyd etdi ki, Ağsaqqallar Şurasının üzvləri ahıl yaşda olmalarına baxmayaraq, şəhərin ictimai-siyasi həyatında fəal iştirak edərək şəhid ailələrini vaxtaşırı olaraq ziyarət edir, gənclərə vətənpərvərlik ruhunu aşılamaq üçün orta ümumtəhsil, orta ixtisas məktəbləri və peşə liseylərində keçirilən tədbirlərdə iştirak edir, Şirvan şəhərində aparılan quruculuq işləri zamanı tövsiyə və məsləhətlərini verirlər.  

İlqar Abbasov deyib ki, ağsaqqalların dövlətin və cəmiyyətin idarə olunmasında rolunu yüksək dəyərləndirən Ümummilli Lider Heydər Əliyev respublikamıza rəhbərliyinin hər iki dövründə ağsaqqallara xüsusi diqqət və qayğı göstərmiş, onların cəmiyyətdə daha yüksək nüfuz sahibi olmalarına hər cür şərait yaratmışdır. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanı siyasi, iqtisadi və hərbi cəhətdən qüdrətli, beynəlxalq səviyyədə söz sahibi olan nüfuzlu dövlətə çevirmişdir. Bu gün ölkəmizdə Ağsaqqallar Şurası təşkilatının hər bir üzvü qətiyyətli, güclü və alternativsiz Liderin - İlham Əliyevin uğurlu yolunun davam etdirilməsini dəstəkləyir. Gənc nəslin milli-mənəvi dəyərlərimizə hörmət, dövlətə, xalqa sədaqət ruhunda yetişdirilməsində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu bildirərək, Şirvan şəhər ağsaqqallarının ictimai-siyasi fəallığının təmin edilməsi üçün hər cür şərait yaradıldığını diqqətə çatdıran İlqar Abbasov şəhər ağsaqqallarına gələcək işlərində uğurlar arzulayıb.

Sonra Şirvan Şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimovun yerli təşkilatın hesabat dövrü ərzindəki fəaliyyəti barədə geniş məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev irsinin təbliği, milli-mənəvi dəyərlərimizin inkişaf etdirilməsi şura üzvlərinin fəaliyyətində mühüm yer tutur. Vurğulanıb ki, təşkilatın üzvləri şəhərin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edərək, sakinlər arasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin təbliğ edilməsində, gənclərimizin vətənpərvərlik ruhunda yetkinləşdirilməsində əllərindən gələni əsirgəmirlər.

Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov Azərbaycan xalqının Ümummilli Lideri, müasir dövlətimizin qurucusu Heydər Əliyevin vətənimiz qarşısında böyük xidmətlərindən ətraflı bəhs edərək, Ulu Öndərin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin  uğurlu prezidentlik fəaliyyətindən, onun rəhbərliyi ilə ölkəmizin qazandığı misilsiz nailiyyətlərdən söz açıb. Vurğulayıb ki, xalqımıza böyük Qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandan üçrəngli bayrağımızı Qarabağda və işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalandırıb. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda böyük bərpa-quruculuq işləri həyata keçirilir və Böyük qayıdış proqramı çərçivəsində məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağsaqqallara göstərdiyi böyük diqqət və qayğıdan danışan Ə. Əmiraslanov qeyd edib ki, Azərbaycan Ağsaqqallar Şurası qarşısına qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələrək, fəaliyyətini daha geniş və effektiv şəkildə davam etdirir. O, ağsaqqalların hər zaman ölkəmizin ictimai-siyasi və mədəni həyatında fəallıq göstərdiklərini diqqətə çatdırıb.

Akademik Əhliman Əmiraslanov yerli təşkilatın hesabatını qənaətbəxş hesab edərək, gənclərlə bağlı fəaliyyətin daha da artırılması ilə əlaqədar öz tövsiyələrini verib.

 Konfransda çıxış edən şəhər ağsaqqalları Yaqub Salmanov, Ağazər Şükürov, Vasif Əlizadə, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, texnika üzrə fəlsəfə doktoru, əməkdar mühəndis  İltizam Yusifov, Şirvan şəhər 1 saylı tam orta məktəbin direktoru Rəfiqə Atayeva, Şirvan Rayonlararası Onkoloji Xəstəxananın baş həkimi Ədalət Cavadov Şəhər Ağsaqqallar Şurası tərəfindən görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açıblar. Qeyd edilib ki, cəmiyyətimizdə yüksək nüfuza malik olan ağsaqqallarımızın bilik və təcrübəsindən səmərəli şəkildə istifadə olunmalıdır.

Çıxış edənlər Şirvan Şəhər Ağsaqqallar Şurasının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab ediblər.

Daha sonra konfransın gündəliyində olan məsələlər müzakirə edilib. 

Seyran CAVADOV, 

"Azərbaycan"

Избранный
30
3
azerbaijan-news.az

10Источники