RU

Türkiyə ilə Ermənistan arasında vacib təmas -XÜSUSİ NÜMAYƏNDƏLƏR İRƏVANDA GÖRÜŞDÜLƏR

Türkiyə və Ermənistan münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrin danışıqlarının nəticələrinə görə Gümrü-Qars dəmir yolunun və elektrikötürücü xəttinin bərpası və istismarı üçün zəruri texniki tədqiqatların aparılması barədə razılığa gəliblər.

 

Senzor.az bildirir ki, Ermənistan Xarici İşlər Nazirliyinin Türkiyə və Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubinyanın görüşünün nəticələrinə dair açıqlamasında belə deyilir.

 

"Bu görüş zamanı xüsusi nümayəndələr Ermənistan və Türkiyə arasında münasibətlərin tam normallaşması prosesini irəlilətmək məqsədilə əvvəlki görüşlərdə müzakirə olunan və razılaşdırılan məsələləri təsdiqləyiblər. Bu kontekstdə onlar 1 iyul 2022-ci il tarixli görüşdə əldə edilmiş sərhədlərin demarkasiyası razılaşmasının həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Xüsusi nümayəndələr bu prosesi sürətləndirmək barədə razılığa gəliblər", - qurumun məlumatında qeyd olunub.

 

XİN-dən bildirilib ki, tərəflər həmçinin mədəni və akademik sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün səylər göstərilməsi, xüsusilə ali təhsil müəssisələrinin tələbələri üçün təqaüd imkanlarının yaradılması və Ani/İpək Yolu tarixi körpüsünün birgə bərpası ilə bağlı razılaşıblar.

 

Xüsusi nümayəndələr S.Kılıç və R.Rubinyan iki ölkə arasında aviareyslərin sayının artırılması üçün iş aparmağa da razılaşıblar.

 

"Onlar həmçinin heç bir ilkin şərt olmadan normallaşma prosesini davam etdirməyə sadiq olduqlarını təsdiqləyiblər", - Ermənistan XİN-dən vurğulanıb.

 

Senzor.az xatırladır ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçı qəbul edib. Bu görüşdə də iki ölkənin münasibətlərinin normallaşdırılması müzakirə edilib.

Избранный
10
4
senzor.az

5Источники