RU

Basketbol üzrə Türkiyə millisi Avropa çempionatının finalına vəsiqə qazanıb

Kişi basketbolçular arasında Avropa çempionatında ikinci finalçı bəlli olub.

AZƏRTAC xəbər verir ki, yarımfinalda Yunanıstan və Türkiyə yığmaları üz-üzə gəlib. Görüş "ay-ulduzlular"ın 94:68 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha əvvəl Almaniya Finlandiyanı 98:86 hesabı ilə məğlub edərək həlledici mərhələyə vəsiqə qazanıb.

Avropa çempionunu müəyyənləşdirəcək final və üçüncülük görüşləri sentyabrın 14-də baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
87
3
olaylar.az

4Источники